"Neftçi" basketbol komandası əsas mərhələdə ilk matçını bu gün keçirəcək
"Neftçi" basketbol komandası Avropa Kubokunun əsas mərhələsinə bu gün start verəcək.Bakı klubu Polşada "Trefl"in qonağı olacaq.
Basketbol mütəxəssisi Sənan Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, "Neftçi'' nin başlıca hədəfi layiqli mübarizə aparmaqdır:
" "Neftçi''nin qrupdan çıxmaq üçün şansı çoxdur, lakin mübarizə o qədər də asan olmayacaq. Rəqib – "Trefl Sopot" Polşanın olduqca güclü komandasıdır, son turda "Śląsk Wrocław" a qarşı qalib gəlməyi bacarıb. Bu səbəbdən, milli komandamızı çətin bir oyun gözləyir. Həmçinin, Azərbaycan klubları üçün qitə basketbolunda ilk təcrübə olacaq. "Abşeron Lions" a nisbətən "Neftçi" daha qüvvətli heyət təşkil edə bilib və bu səbəbdən qrupdakı digər milli komandalara qarşı daha çox şansı olduğu düşünülür. "Neftçi'' beynəlxalq arenada – FIBA Avropa Kubokunda qitə basketbolu üzrə ilk debütü olduğu üçün əlindən gələni etməyə çalışacaq".
Mələk Nəsirli
