"Neftçi" Çempionlar Liqasında çıxış edən klubla qarşılaşacaq
“Neftçi”nin qış hazırlıq toplanışını harada keçirəcəyi məlum olub.
"İnformator.az" xəbər verir ki , “ağ-qaralar” 2025/2026 mövsümünün ikinci yarısına hazırlığı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirəcək.
Yanvarın əvvəlində başlayacaq toplanış müddətində komanda 3 yoxlama oyunu keçirəcək. Bakı klubunun rəqiblərindən birinin Qazaxıstan çempionu “Kayrat” olacağı dəqiqləşib.
Qeyd edək ki, “Kayrat” Çempionlar Liqasının əsas mərhələsində 6 oyundan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
