00:00:00
Yazar
Admin User
18.10.2025 08:58 122 1 dəq oxuma
İdman

"Neftçi"dən möhtəşəm transfer anonsu: Abubakar gəlir?

"Neftçi"dən möhtəşəm transfer anonsu: Abubakar gəlir?

"Neftçi" klubu yeni transferi ilə bağlı anons verib.

 

"İnformator.az"  xəbər verir ki, "Neftçi" klubunun sosial media hesabında "Gəlir" ifadəsi ilə paylaşım edilib.

 

Paylaşımda Kamerun bayrağının rənglərindən istifadə olunması diqqət çəkib. Sosial şəbəkə istifadəçiləri bu paylaşımı "Beşiktaş" sabiq hücumçusu Vensan Abubakarın transferi ilə əlaqələndiriblər. Qeyd edək ki, mediada "Neftçi"nin uzun müddətdir Abubakarla danışıqlar apardığı barədə məlumatlar paylaşılır idi. Xatırladaq ki, karyerasında "Portu", "Beşiktaş" və "Ən-Nəsr" kimi klublarda çıxış etmiş Abubakar son olaraq Türkiyənin "Hatayspor" klubunda çıxış edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər