00:00:00
Yazar
Admin User
03.09.2025 11:30 263 2 dəq oxuma
İdman

“Neftçi”dən son mövsümlərdən öyrəşdiyimiz fiyasko başlanğıc

“Neftçi”dən son mövsümlərdən öyrəşdiyimiz fiyasko başlanğıc

İllərdir dərdinə çarə tapılmayan “Neftçi” yenə çempionluğa həsrət qalacaqmış kimi görsənir. Hər sezon “Neftçi” üçün bir çox şey dəyişsə, uğurlu nəticə əldə etmək alınmır.

 

Mövzu ilə bağlı jurnalist Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, “Neftçi” son illər hər mövsümə böyük hədəflərlə, çempionluq hədəfləriylə başlayır:

 

“Amma uğursuz mövsümlər keçirir, komanda hətta Avropa zonasına belə, düşə bilmir. Bu il “Neftçi” rəhbərliyi son 2 mövsümdəki uğursuzluğun fonunda istədi ki, yaxşı transferlər etsin. Bəlkə, bəzi mövqelərə daha yaxşı transferlər etmək olar, amma məncə, seleksiya işləri normal səviyyədə aparılıb. Bunlara rəğmən, “Neftçi” yenə uğursuz başlayıb mövsümə, 3 oyuna cəmi 2 xal qazanıb. Amma mənə elə gəlir ki, zaman keçdikcə “Neftçi” düzələcək. Çempionluqmu? Xeyr, məncə, “Neftçi” bu il çempion ola bilməyəcək. Ümumiyyətlə, hazırda “Qarabağ”la rəqabət aparacaq, “Qarabağ”ı çempionluqdan məhrum edəcək bir klub yoxdur Azərbaycanda. Mən düşünürəm ki, “Qarabağ” yenə bu il çox rahat çempion olacaq. Amma Neftçinin ilk 3 yeri tutub və ya kuboku götürüb Avropa kuboklarında iştirak etmək şansı var. Biraz zaman lazımdır “Neftçi”yə, məncə, “Neftçi” get-gedə artıracaq.

“Neftçi”–“Qarabağ” rəqabətini “Qarabağ”, əlbəttə, zəiflətmir. “Neftçi”, “Zirə”, “Sabah”, “Turan Tovuz” bu tipli komandalar nə qədər güclü olarsa, Azərbaycan çempionatında rəqabət nə qədər dərinləşərsə, bu, əlbəttə, bütün klubların xeyrinə olacaq, ən çox da “Qarabağ”ın. Çünki “Qarabağ” çempionatda yaxşı komandalara qarşı mübarizə aparacaqsa, sürətli rəqiblərlə qarşılaşacaqsa, bu onun Avropa oyunlarında köməyinə çatacaq”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər