“Neftçi” evdə “İmişli”yə uduzub
" "Neftçi"nin bu oynundakı məğlubiyyətinin əsas səbəbi əlbəttə ki, "İmişli"nin taktiki cəhətdən çox düzgün oyunu, rəqibi yaxşı təhlil etməsidir".
Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, "Neftçi"nin hücum xətti əslində pis oynamayıb:
"Sadəcə, məsələ müdafiədədir. Müdafiədə buraxılan qollar çox düşündürür. Məsələn, "aut" atışından sonra "Neftçi" qol buraxır. Xüsusən, "İmişli"nin vurduğu üçüncü, son qolunda "Neftçi"nin mərkəz müdafiəçiləri mövqelərini itiriblər. Burada "İmişli"nin də haqqını yeməyək, çox yaxşı futbol, mübarizəaparıb".
Zəhra Möhübbətova
