"Neftçi" nigeriyalı futbolçunun transferini rəsmi şəkildə açıqlayıb
28 yaşlı futbolçu, İfeanyi Metyu klubda 18 nömrəli formanı geyinəcək.
Mövzu haqqında idman mütəxəssisi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, İfeanyi Metyu-nun karyerasına baxsaq bir çox klublarda, çempionatlarda iştirak edib:
"Lakin Metyu bu ilin yanvar ayının 1-dən etibarən rəsmi şəkildə heç bir komandada iştirak etməyib. Bu da onun ideal idman formasından çox uzaq olduğunu göstərir. Nə qədər keyfiyyətli oyunçu olursa olsun , onun formaya düşməsi üçün xeyli vaxt lazım olacaq. Hətta Metyu-nun ilk 2 ayda "Neftçi"nin əsas heyətində çıxış edə bilməyəcəyi düşünülür, çünki futbolçunun komandaya uyğunlaşması bəlkə də, aylar çəkə bilər. Mövqe olaraq isə mərkəz yarımmüdafiəçisi rolunda çıxış edəcək. Həmçinin, "Neftçi" transfer çalışmalarını davam etdirir və daha 2 oyunçunun gəlişi gözlənilir. Onlardan birinin mərkəz hücumçusu,digərinin isə yarımmüdafiəçi olacağı düşünülür.
Transfer üçün danışıq aparılan futbolçulardan biri də, Kamerunlu məşhur Vincent Aboubakar-dır. Komandanın güclü transferlərə ehtiyacı var,çünki hədəfləri yetərincə böyükdür".
Mələk Nəsirli
