“Neftçi”nin 33 illik seriyası sona çatıb
“Neftçi” Bizon Azərbaycan Kubokunun 1/8 finalında “Zirə”yə 0:1 uduzaraq tarixində ilk dəfə 1/4 finala yüksələ bilmədi. 1992-ci ildən bəri bütün mövsümlərdə ən azı 1/4 finala çıxmağı bacaran “ağ-qaralar” bu seriyanı da qırmış oldu. Bu mərhələdə iştirak sayına görə “Qarabağ” 26, “Şamaxı” isə 19 dəfə ilə siyahının zirvəsindədir.
Mövzu haqqında idman mütəxəssisi Natiq Muxtarlı "İnformator.az" a açıqlamasında bildirib ki, Neftçinin Azərbaycan Kubokunda 1/4 finala yüksələ bilməməsinin əsas səbəbi komandanın ümumi idarəetmə problemləridir:
"Son illərdə nə çempionatda, nə də avrokuboklarda stabil nəticə olmayıb. Büdcə böyük olsa da, onun səmərəli istifadəsi və nəzarəti zəifdir. Məşqçi və futbolçu dəyişiklikləri çoxdur, amma nəticə dəyişmir, çünki əsas problem idarəçilikdədir. Uğursuz transferlər, sistemsizlik və korrupsiya klubu geriyə salır. Peşəkar idarəetmə qurulmadıqca Neftçinin vəziyyətinin yaxşılaşması real görünmür".
Mələk Nəsirli
