“Neftçi”nin baş məşqçisi postuna əsas namizəd xüsusi icazə ilə Bakıya gəlib
"Neftçi" futbol klubunun baş məşqçisi postuna əsas namizəd Yuri Vernidub artıq Bakıdadır.
“İnformator.az” “Sportinfo” ya istinadən xəbər verir ki, o, gecə saatlarında Ukraynadan Azərbaycana gəlib.
Məlumata görə, 59 yaşlı mütəxəssis xüsusi icazə məktubu əsasında ölkəsini tərk edə bilib. Paytaxt təmsilçisi yerli dövlət qurumlarına bu məqsədlə müraciət ünvanlayıb və razılıq alınıb. Əks halda, Vernidubun yolunu yanvarın sonunadək gözləmək lazım gələcəkdi. Çünki Ukrayna Rusiya ilə müharibə şəraitinə görə 60 yaşadək kişilərin ölkədən çıxışına qadağa qoyub.
Bu ilin yanvarından bəri heç yerdə çalışmayan, bir ara ordu sıralarına qoşulan, artilleriya diviziyasında döyüşən Vernidubun 60 yaşı gələn il yanvarın 22-si tamam olacaq.
