00:00:00
Yazar
Admin User
14.01.2026 18:13 74 2 dəq oxuma
İdman

“Neftçi”nin ikinci yoxlama oyununda qollu heç-heçə

“Neftçi”nin ikinci yoxlama oyununda qollu heç-heçə

“Neftçi” Əbu-Dabidə keçirilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununda Misirin “Piramids” klubu ilə 1:1 hesablı heç-heçə edib. Rəqib 16-cı dəqiqədə Evertonla hesabı açsa da, 87-ci dəqiqədə Murad Məmmədov “ağ-qaralar”ı məğlubiyyətdən xilas edib. Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda “Kayrat”a 3:0 qalib gəlib və son sınaq matçını yanvarın 16-da “Çenqdu Ronqçenq”ə qarşı keçirəcək.

 

Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında jurnalist İlkin Məmmədkərimov bildirib ki, Piramids kimi güclü rəqibə qarşı komanda ümumilikdə fiziki və taktiki baxımdan pis görünməyib, amma bəzi boşluqlar açıq şəkildə nəzərə çarpıb:

 

"Xüsusilə, oyunun əvvəllərində müdafiədə koordinasiya və top itkilərinə reaksiya bir az yavaş idi, bu da rəqibin 16-cı dəqiqədə qol vurmasına imkan verib. Son dəqiqələrdə Murad Məmmədovun vurduğu qol isə komandanın əzmini, psixoloji dayanıqlığını və oyun intizamını göstərib. Demək olar ki, “ağ-qaralar” son ana qədər mübarizəni saxladı və nəticəni bərabərləşdirib". 

 

O həmçinin bildirib ki, “Neftçi”nin orta sahədə və hücumda hələ bəzi inkişaf sahələri də var:

 

"Keçid oyununda top itkilərinə qarşı daha sürətli reaksiya, son paslarda daha dəqiq qərarlar və fərdi yaradıcılıq lazım gəlir. Müdafiədə isə cinah müdafiəsi və mərkəz xətti erkən hücumlara daha hazırlıqlı olmalıdır. Ümumiyyətlə, yoxlama oyunu komandanın hazırkı durumunu yaxşı göstərib. Həm fiziki baxımdan dözümlülük, həm də taktiki baxımdan intizam mövqeyində, rəsmi oyunlarda daha sabit performans göstərilməsi üçün bəzi sahələrdə işləmək lazımdır".

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər