00:00:00
Yazar
Güllər Gülhüseynova
24.07.2026 21:50 42 1 dəq oxuma
İdman

“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda

“Neftçi”nin sabiq futbolçusu yenidən Azərbaycanda

Yeni mövsümə hazırlığı davam etdirən "Araz-Naxçıvan" transfer çalışmalarını sürətləndirir. Son olaraq heyətə qvineyalı yarımmüdafiəçi Mamadu Kane cəlb olunub. Komandanın aktiv transfer siyasəti yeni mövsümlə bağlı gözləntiləri artırır.

 

"Bəli, nəhayət "Araz-Naxçıvan" komandası da legioner transferi eləyib. Hesab edirəm ki, komandanın transferi öz işinə yarayacaq".


Bu sözləri idman jurnalisti, ekspert Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, gözləntilər haqqında isə danışmaq hələ çətindir. Çünki heyət tam formalaşmayıb:


"Heyət haqqında tam formalaşdıqdan sonra bir söz deyə bilərik. O ki, qaldı komandanın fəal transfer siyasətinə, bunu gözləmək lazımdır. Nəzərə almaq lazımdır ki, "Araz-Naxçıvan"ın təcrübəli mütəxəssisləri var və yəqin ki, yerli futbolçulara üstünlük verəcəklər. Ona görə də, səbr etmək lazımdır. Hələ yeni transferlərin gələcəyi gözlənilir. Amma əsas odur ki, komandada vəziyyət stabildir və Qəbələ stadionunda onlar məskunlaşacaqlar. Hesab edirəm ki, o da bir üstünlükdür. Çünki təbii meydançada oynamaq futbolçuların sağlamlığına birbaşa müsbət təsir göstərəcək. Növbəti transferlərdən sonra isə  artıq tam dəqiq bir fikir yürütmək olar".


Zəhra Möhübbətova

#Futbol #Azərbaycan #Neftçi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər