00:00:00
Yazar
Admin User
23.12.2025 16:35 85 1 dəq oxuma
İdman

“Neftçi” qalib gəlib, “Zirə” heç-heçə edib

“Neftçi” qalib gəlib, “Zirə” heç-heçə edib

Misli Premyer Liqasında 16-cı tur davam edir. İkinci oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb. Əvvəlcə “Karvan-Yevlax” öz meydanında “Neftçi”ni qəbul edib. Oyunda hesabı “Karvan-Yevlax” açsa da, “Neftçi” geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

 

Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, neftçinin qələbəsi əslində təəccüblü olmayıb, baxmayaraq ki, komanda qələbə qolunu son dəqiqələrdə vurub:

 

"Bu qələbə məntiqli idi, çünki Neftçi daha yaxşı komandadır, daha yaxşı futbolçulara və heyətə malikdir. Neftçi indi daha çox öz oyununu tapıb, milli futbol oynayırlar, daha çox qol vəziyyəti yaradırlar. Yevlaxdakı stadionun meydançası bərbad vəziyyətdədir. Sünidir, amma yaxşı vəziyyətə gətirilməyib. Bu da oyuna ciddi maneə yaradır, xüsusilə də texnikalı və sürətli oynayan Neftçiyə. Amma buna baxmayaraq, Neftçi daha yaxşı oynayıb və qələbə qazanıb. Yevlaxda azarkeş dəstəyi yetərincə yaxşı idi. Amma "Karvan" bu mövsümə yaxşı başlamayıb və hələ də yaxşı davam etmir. Azarkeşlər dəstəkləyir, amma komanda hələ də özünə gələ bilməyib. Mən düşünürəm ki, bu gedişlə davam etsə, "Karvan" elitadan düşəcək. Neftçi isə turnir cədvəlində yerini möhkəmləndirib və daha yüksək yerlərə iddiasını ortaya qoyub. Bu qələbə komandaya qış fasiləsindən sonra daha yaxşı əhval-ruhiyyə ilə qayıtmaq və daha iddialı olmağa kömək edəcək".


Günel Əlili

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər