00:00:00
Yazar
Banuçiçək Məmmədova
29.04.2026 16:54 15 1 dəq oxuma
İdman

"Neftçi" "Qarabağ"a görə cərimələnib

"Neftçi" "Qarabağ"a görə cərimələnib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

"İnformator.az" xəbər verir ki, Komitə XXIX turda baş tutan "Neftçi" - "Qarabağ" oyununa görə klubları ümumilikdə 20 000 manat cərimələyib.

 

Oyununun 90+3-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydanaçaya kənar əşyalar atıldığına və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “ağ-qaralar” komandası 5000 manat cərimələnib. Paytaxt klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 8-ci dəfə təkrarlandığına görə isə 8000 manat ziyana düşüb.

Həmçinin, “Qarabağ” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 4-cü dəfə təkrarlandığına görə Ağdam klubu 7000 manat cərimələnib.

#gündəm #baki #"neftçi" #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər