00:00:00
Yazar
Admin User
16.01.2026 18:25 80 1 dəq oxuma
İdman

“Neftçi” Şakir Qəribovu təbrik edib

“Neftçi” Şakir Qəribovu təbrik edib

“Neftçi”nin veteran futbolçusu və sabiq məşqçisi Şakir Qəribov “Palms Sports” Futbol Mərkəzində klub nümayəndələri ilə görüşüb. “Neftçi” PFK-nın baş icraçı direktoru Cenk Sümer tərəfindən 70 illik yubileyi münasibətilə ona xatirə hədiyyəsi təqdim olunub. Görüş zamanı klubun hazırkı vəziyyəti və gələcək planları müzakirə edilib. Daha sonra Şakir Qəribov “Neftçi TV”yə müsahibə verib.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında idman jurnalisti Ağa Dadaşzadə bildirib ki, Şakir Qəribov “Neftçi”nin həm futbolçu, həm də məşqçi kimi uzun illər xidmət göstərmiş simalarındandır:

 

“O, klubun sabit dövrlərində əsas heyətin üzvü olub, daha sonra isə məşqçi kimi fəaliyyət göstərərək “Neftçi”yə və ümumilikdə Azərbaycan futboluna töhfələr verib. Bu baxımdan onun adı klub tarixində əməyi olan şəxslər sırasında yer alır. Bu cür əlaqələr klubun tarixi yaddaşının qorunması baxımından önəmlidir. Veteranlar “Neftçi”nin formalaşma mərhələlərinin canlı şahidləridir və onların klubla bağlarının saxlanılması nəsillər arasında əlaqənin güclənməsinə xidmət edir. Bu görüşlər “Neftçi”nin yalnız idman nəticələri ilə deyil, dəyərləri və ənənələri ilə də yaşayan klub olduğunu göstərir. Veteranlara göstərilən diqqət həm ictimaiyyətə müsbət mesaj verir, həm də klubun köklərinə sadiqliyini nümayiş etdirir”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər