00:00:00
Yazar
Admin User
24.11.2025 11:20 99 1 dəq oxuma
İdman

"Neftçi" Samir Abbasovla yollarını ayırmayıb

"Neftçi" Samir Abbasovla yollarını ayırmayıb

“Neftçi” klubunun Samir Abbasovla yollarını ayırması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bu barədə klubun mətbuat katibi Asəf Zeynallı "İnformator.az"a açıqlama verib. Onun sözlərinə görə, sosial şəbəkələrdə və bəzi saytlarda “İmişli ilə məğlubiyyətdən sonra yollar ayrıldı” başlığı ilə yayılan xəbərlər yanlışdır.

 

Asəf Zeynallı bildirib ki, baş məşqçi Samir Abbasov hazırda komandada fəaliyyətini davam etdirir:


“Əgər belə bir qərar olsa, klub bunu rəsmi şəkildə açıqlayacaq. Samir Abbasov ‘Ağ-qaralılar’la yolunu ayırmayıb". ‎

 

Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər