“Neftçi” - “Sumqayıt” oyunu öncəsi hazırlıq prosesi başa çatıb
Misli Premyer Liqasının 15-ci turunda “Neftçi”nin qarşılaşacağı "Sumqayıt" klubu ilə matçın hazırlığı yekunlaşıb. Flaqmanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində yeni baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında oyunöncəsi son məşqə çıxıblar. Qeyd edək ki, dekabrın 15-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" - "Sumqayıt" matçı saat 19:00-da başlanacaq.
Mövzu ilə bağlı idman jurnalisti Ceyhun Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, ”Neftçi”nin həftə içi hazırlıq prosesini izləmədiyimiz üçün bu dəqiqə dəqiq məlumatım yoxdur:
“Bu hazırlıq prosesi “Neftçi”yə nə verib, nə qazandırıb və ya hansı məşqlər tətbiq olunub. "Sumqayıt” la oyunda azarkeşlərlə “Neftçi”dən qələbə gözləyirlər. Amma hansı taktiki dəyişikliklərin və heyətdə nə kimi dəyişikliklərin olacağını biz yalnız oyun başlayanda görə bilərik. Komandanın psixoloji durumu yaxşı olacaq. Çünki baş məşqçi dəyişikliyi adətən futbolçulara bu baxımdan müsbət təsir edir. Fiziki durumdan isə Vernidubun narazılığı var idi, bunu da özü açıqlamasında deyib. Hər halda, yenə də oyunu gözləməliyik ki, dəqiq fikir bildirə bilək”.
Nazim Xeyrxəbərli
