00:00:00
Yazar
Admin User
16.01.2026 12:32 96 1 dəq oxuma
İdman

“Neftçi” toplanışa davam edir: Sessi məşqə qatılıb

“Neftçi” toplanışa davam edir: Sessi məşqə qatılıb

“Neftçi”nin Əbu-Dabi təlim-məşq toplanışı davam edir. “Piramids”lə oyundan (1:1) sonra komanda dünən baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında səhər məşqinə çıxıb. Afrika Millətlər Kubokundan qayıdan Sessi D’Almeyda da hazırlığa qoşulub. “Ağ-qaralar” toplanış çərçivəsində son yoxlama oyununu yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” klubuna qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında jurnalist İlkin Məmmədkərimov bildirib ki, Əbu-Dabidə keçirilən təlim-məşq toplanışı “Neftçi” üçün çox faydalıdır:

 

“Komanda fiziki və taktiki baxımdan üzərində işləyir, futbolçular oyun ritmini tədricən bərpa edir. “Piramids”lə oyunda da bunu qismən gördük. Sessi D’Almeydanın komandaya qoşulması orta xətt üçün ciddi üstünlükdür. O, balans yaradan futbolçudur və komandanın oyun quruculuğunda vacib rol oynaya bilər. Bir az vaxta ehtiyacı olsa da, faydası hiss olunacaq. “Çenqdu Ronqçenq”lə qarşılaşma nəticədən çox hazırkı durumu görmək baxımından önəmlidir. Bu oyun “Neftçi”nin mövsümün ikinci yarısına nə dərəcədə hazır olduğunu göstərən son yoxlamalardan biridir”.

 

Nazim Xeyrxəbərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər