Neftçiyə türkiyəli məşqçi gəlir?
Türkiyəli futbol məşqçisi Sergen Yalçının karyerasını Azərbaycanda davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.
İnformator.az Türkiyə mediasına istinadən bildirir ki, "Neftçi" klubunun Sergen Yalçınla maraqlandığı iddia edilir.
İddiaya görə, Laurentsiu Regekampfı istefaya göndərməyə hazırlaşan "Neftçi"nin Yalçınla ilkin danışığı müsbət alınıb. Ancaq Türkiyə mətbuatında yer alan xəbərdə qeyd olunub ki, Sergen Yalçın bu iddiaları təkzib edib.
Jurnalist Gökmen Özcan Sergen Yalçınla telefon əlaqəsi saxladığını bildirib. O, Yalçının "Neftçi" ilə anlaşması barədə iddiaları təkzib etdiyini, ancaq "qapını tam bağlamadığını" vurğulayıb.
Xatırladaq ki, Sergen Yalçının sonuncu iş yeri "Beşiktaş" klubu olub. Mütəxəssis 2021-ci ilin dekabrında istefaya göndərilib.
