00:00:00
Yazar
Elmira Ağayeva
27.08.2026 21:07 272 2 dəq oxuma
Dünya

Nepalda daşqın nəticəsində ölənlərin sayı 157-yə çatıb

Nepalda daşqın nəticəsində ölənlərin sayı 157-yə çatıb

 

Nepalın şimalındakı Rasuva rayonunda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 157-yə çatıb.

Nepal polisinin məlumatına görə, təbii fəlakət nəticəsində 41 nəfər xəsarət alıb və xəstəxanalara yerləşdirilib.

Daşqın bölgədə çox sayda turistin də itkin düşməsinə səbəb olub. Nepalın Turizm Bürosunun məlumatına görə, Rasuva rayonunda 403 turistdən xəbər yoxdur. Onlardan 341-i əcnəbi, 62-si isə Nepal vətəndaşıdır.

Turizm Bürosunun icraçı direktoru Hikmət Sinqh Ayer bildirib ki, itkin düşən turistlər Qosaykunda gölünə və Kailaş-Mansarovar ziyarətgahına gedən şəxslərdir. Əcnəbi turistlərin əksəriyyətini Hindistan vətəndaşları təşkil edir. İtkinlər arasında ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada, Malayziya, Ukrayna və digər ölkələrin vətəndaşlarının da olduğu bildirilir.

Hadisə Nepalın Çinlə sərhədinə yaxın ərazidə çayda suyun səviyyəsinin qəfil yüksəlməsi nəticəsində baş verib. Güclü sel çayın sahilində yerləşən yaşayış məntəqələrini, yolları və tikilməkdə olan su elektrik stansiyasını su altında qoyub.

Fəlakətin miqyası ilə əlaqədar Nepalın Baş naziri Balendra Şah hökumətin təcili iclasını çağırıb. Axtarış-xilasetmə və fəlakətin nəticələrinin aradan qaldırılması işlərinə mülki müdafiə qüvvələri ilə yanaşı, hərbçilər də cəlb olunub.

Daşqın və palçıq axını Nepal-Çin sərhədindəki keçid məntəqəsinin Çin tərəfində də ciddi dağıntılara səbəb olub. Son məlumata görə, Çin ərazisində 3 nəfər ölüb, 265 nəfər isə itkin düşüb.

Hazırda hər iki ölkədə axtarış-xilasetmə işləri davam etdirilir. Rəsmilər itkin düşən şəxslərin sayının dəqiqləşdirilməsi və bölgədə vəziyyətin nəzarətə götürülməsi üçün tədbirlər görürlər.

Elmira Ağayeva

#xəbər #azərbaycan #çatıb #nəticəsində #daşqın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər