Netanyahu bu il də namizəd olacaq
İsrailin Baş naziri Benyamin Netanyahu İsraildə keçiriləcək növbəti parlament seçkilərində namizəd olacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə Likud Partiyası məlumat yayıb.
“O, namizəd olacaq və Allahın köməyi ilə qalib gələcək”, - məlumatda bildirilib.
Qeyd edək ki, seçkilər ən geci 27 oktyabr tarixinədək keçirilməlidir.