00:00:00
Yazar
Səadət Əlizadə
11.06.2026 20:07 26 2 dəq oxuma
Siyasət

Netanyahu Livan xalqına müraciət edib

Netanyahu Livan xalqına müraciət edib

İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına ingilis dilində videomüraciət edərək ölkəsinin qonşu dövlətlə sülhə hazır olduğunu bildirib, qarşıdurmaya görə məsuliyyəti “Hizbullah” və İranın üzərinə qoyub, həmçinin livanlılara “Hizbullah”ın məğlub edilməsindən sonra İsraillə əməkdaşlıq etməyi təklif edib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrail hökuməti hər dəfə bu barədə bəyanatlar səsləndirir, Livana təkliflər verir ki, yəni İsrailin istədiyi budur ki, Livanın mərkəzi hökuməti ilə əməkdaşlıq etsin, Hizbullahı kənara qoysun:

 

"Regionda olan reallıq budur ki, Hizbullahsız Livanla sülh İsrail üçün sülh deyil. Çünki faktiki olaraq ortada çox böyük bir güc var. Hizbullahın timsalında əllərində çox güclü silahlar, çox güclü ordusu var. Yəni Hizbullah Livan ordusundan, hətta Livan dövlətindən qat-qat güclüdür. Və buna görə də konkret şəkildə birbaşa Livanla təmaslarının aparılması və sülhün bağlanması üçün addımların atılması, belə düşünürəm ki, bu çox da xeyir gətirməyəcək. İndi İsrailin istədiyi budur ki, Livan hökuməti Hizbullahı qeyri-qanuni elan etsin və ona qarşı aktiv şəkildə əməliyyata başlasın. Hətta İsrailə birlikdə əməliyyata qoşulsun və tamamilə Hizbullahın terror təşkilatı elan edilərək onların üzvlərinin məhv edilməsi istiqamətdə addımlar atılsın. Bundan sonra artıq Livan hökuməti də Hizbullahı terror təşkilatı kimi tanıdıqdan, qeyri-qanuni elan etdikdən sonra İsrail geniş həcmli Livana hücum planı hazırlayıb və həmin hücum planında da müvafiq olaraq Livan ərazilərinin bir hissəsinin ələ keçirilməsi, tamamilə orada sağına-soluna baxmadan, yəni Hizbullah üzvlərinin öldürülməsi paralel şəkildə öz missiyasına necə ki həmmasa qarşı bunu tətbiq edir. Yəni, Hizbullahı qeyri-qanuni elan edərək Livan hökuməti qeyri-qanuni elan edilməsinə nail olaraq birbaşa Livana hücum etməyi planlaşdırır".

 

Günel Əlili

#yeni #azərbaycan #edib #xalqına
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər