00:00:00
Yazar
Zəhra Həsənova
29.10.2026 18:29 120 2 dəq oxuma
Media

"NewsLab" layihəsi növbəti mərhələni geridə qoydu

"NewsLab" layihəsi növbəti mərhələni geridə qoydu

Bakı Dövlət Universiteti ilə "ARB24" telekanalı arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən"NewsLab" layihəsinin 5-ci təlim proqramı başa çatdı. Layihəni müvəfəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim olundu. Onlar həm də telekanalın əməkdaşları sırasına qoşulmaq şansı qazandılar.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirdi ki, 5 ildir "NewsLab" layihəsi həyata keçirilir, bu layihə BDU ilə "ARB24" telekanalı arasında bağlanmış əməkdaşlıq barədə müqavilə əsasında təşkil olunur.

 

Onun sözlərinə görə, layihənin keçirilməsində əsas məqsəd gənc jurnalistlərin inkişafına, onların karyera irəliləyişinə təkan verməkdir.

 

Vüqar Zifəroğlu qeyd etdi ki, təsadüfi deyil ki, artıq 5 il ərzində artıq onlarla tələbəmiz "ARB24" kanalında işə qəbul olub.

 

Daha sonra "ARB24"-ün direktorunun müşaviri Aynur Nəsirova vurğuladı ki, təlimlər zamanı diqqət edilən məqam fakültənin tələbələrinin xəbər yazmağı bilməsi, canlı yayımda davranış qaydalarını mənimsəməsidir. 

 

Həmçinin onun üçün prioritet xəbəri formalaşdırmaq və xəbəri qısa formada çatdırmaqdır.

 

Qeyd edəki ki, “Newslab” layihəsi 3 ay davam edib. Təlim proqramı tələbələrin jurnalistika üzrə bacarıqlarının inkişafına və media mühitini yaxından tanımalarına şərait yaradıb. İştirakçılar tədris müddətində əldə etdikləri bilikləri praktikada tətbiq etmək, peşənin incəliklərini öyrənmək və özlərini gələcək jurnalist kimi sınamaq imkanı qazanıblar.

 

“Newslab” layihəsinin iştirakçıları proqramın peşəkar inkişaflarına verdiyi töhfəni yüksək qiymətləndirirlər. İştirakçılar layihə çərçivəsində həm nəzəri biliklərini artırdıqlarını, həm də praktiki təcrübə qazandıqlarını bildirirlər.

 

Layihə iştirakçısı Südabə Məmmədovanın sözlərinə görə, proqram onların təcrübələrini biliklə möhkəmləndirmələrinə, maraqlarını peşəkar səviyyədə inkişaf etdirmələrinə və qazandıqları bilikləri praktikada tətbiq etmələrinə imkan yaradıb.

 

Digər iştirakçı Gülər Mustafayeva isə layihənin ixtisası üzrə yeni biliklər əldə etməsində mühüm rol oynadığını deyib. O, “Newslab”a qoşulmaqdan məmnunluğunu ifadə edərək layihəni uğurlu təşəbbüs kimi qiymətləndirib.

 

Layihənin iştirakçısı Mehriban Yariyeva da proqram müddətində nəzəri və praktiki biliklərini inkişaf etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, layihə çərçivəsində iş rejiminə uyğunlaşmaq, televiziya süjetlərinin hazırlanması zamanı düzgün yanaşma seçmək kimi vacib peşəkar bacarıqlara yiyələnib. O, “ARB 24” telekanalında qazandığı təcrübənin jurnalist kimi inkişafına əhəmiyyətli töhfə verdiyini bildirib.

 

 

"Newslab” layihəsi təhsil və media arasında əməkdaşlığın gənc jurnalistlərin yetişməsinə verdiyi töhfənin nümunəsidir. Bu cür təşəbbüslər gələcəyin media mütəxəssislərinin formalaşmasına, peşəkar jurnalistika ənənələrinin davam etdirilməsinə və sahəyə yeni baxışların gətirilməsinə zəmin yaradır.

#növbəti #mərhələni #yeni #gündəm #qoydu
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər