00:00:00
Yazar
Admin User
21.11.2025 17:48 107 1 dəq oxuma
İdman

Neymar Braziliya komandasına qayıda bilərmi?

Neymar Braziliya komandasına qayıda bilərmi?

Neymar Braziliya milli komandasında sonuncu dəfə 2023-cü ildə çıxış edib. Həmin oyundan sonra dizindən zədə aldığı üçün sağlamlıq problemləri ilə bağlı millinin heyətindən xaric edilib.

 

 

Mövzu ilə bağlı idman mütəxəssisi Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında bildirib ki, son illərdə Neymarın daimi zədə alması və sabit oyun praktikası keçirməməsi onu Braziliya millisindən uzaq salıb:

 

" Hər dəfə bir neçə oyun oynadıqdan sonra yenidən zədələnməsi, onun stabil formasını bərpa etməsinə mane olub. Hazırkı vəziyyəti nəzərə alaraq, Neymar artıq bir müddətdir ki, milliyə çağırılmır. Əgər baş məşqçi Karlo Ançelotti Neymara gələcəkdə Dünya Çempionatında şans versə, bu daha çox onun statusu və adı ilə bağlı olacağı düşünülür, nəinki hazırkı oyun səviyyəsinə görə. Bugünkü Neymarın formasına baxıldıqda, onun turnirə çağırılması gözlənilmir.Şübhəsiz ki, formada olan Neymar Braziliya millisi üçün dəyərli oyunçudur. Amma mövcud fiziki və oyun vəziyyəti ilə o, milliyə dəvət olunmağa layiq görünmür. Bu, təbii ki, Ançelottinin qərarına bağlıdır. Lakin bu temp davam edərsə, görünür ki, Neymarın milli ilə yolları daha da uzaqlaşacaq".

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər