00:00:00
Yazar
Admin User
08.11.2025 14:30 107 1 dəq oxuma
İdman

Nigar Nəsirova yeni rekorda imza atıb

Nigar Nəsirova yeni rekorda imza atıb

Azərbaycan atıcısı Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal qazanıb.

 

"İnformator.az" Azərbaycan Atıcılıq Federasiyasına istinadən xəbər verir ki, idmançı 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal toplayıb.

 

O, həmçinin bu göstəricisinə görə yeni dünya rekordu müəyyənləşdirib.

 

Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər