00:00:00
Yazar
Elmira Ağayeva
23.04.2026 18:44 23 1 dəq oxuma
İdman

Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb

Nihat Məmmədli Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə Suner Konunovu 6:0 hesabı ilə məğlub edib. Bununla da Azərbaycan yunan-Roma güləşi üzrə daha bir medala sahib olub.

 

Mövzu ilə bağlı idman şərhçisi Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın yunan-Roma güləşçi Nihad Məmmədinin medal qazanması təbii ki uğurlu çıxışımızın göstəricisidir:

 

 

“Komandamız təkcə Nihat Məmmədlinin deyil, digər güləşçilərin də iştirakı ilə yüksək səviyyəli çıxış nümayiş etdirib. Yunan-Roma güləşi üzrə millimiz Avropa çempionatını iki qızıl və üç bürünc medalla başa vuraraq ümumi komanda hesabında Avropa çempionu olub. Turnirə o qədər də uğurlu başlamasaq da, yarışın sonuna doğru nəticələrimiz yaxşılaşıb və əsas rəqiblərimiz olan Türkiyə və Gürcüstanı qabaqladıq.

Azərbaycan güləş ölkəsidir və burada bu idman növünə böyük maraq var. Avropa çempionatındakı çıxışımız da bunu bir daha sübut edib. Yunan-Roma güləşçilərimizin Avropa çempionu olması qürurvericidir. Əlbəttə, bu uğurun dünya çempionatında da davam etdirilməsi vacibdir. Azərbaycan komandasının Avropanın zirvəsində yer alması düzgün və sistemli aparılan işin nəticəsidir”.

 

 

Mələk Hüseynova

#Güləş #idman #medal
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər