00:00:00
Yazar
Səadət Əlizadə
03.10.2026 14:26 16 1 dəq oxuma
Sosial

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, “sürüşkən yol” işarəsi aktivləşdirilib

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, “sürüşkən yol” işarəsi aktivləşdirilib

Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Məlumata görə, hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 


Bununla bağlı NİİM əməkdaşları məlumat-sürət tablolarında dəyişiklik edib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol ” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

#sıra #sürət #baki #işarəsi #həddi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər