NİİM-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri işdən çıxıb
4 ilə yaxın bir müddətdə NİİM-də çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı işdən çıxıb. İnformator-un məlumatına görə, bu barədə Şəfa Mehmanqızının özü məlumat verib:
\"4 ilə yaxın bir müddətdə NİİM-də çalışmışam və hər zaman NİİM-in imicinin yüksəldilməsi üçün əlimdən gələni etmişəm. Bu gündən etibarən NİİM-də çalışmıram. NİİM mənim üçün doğmadır və hər zaman da belə olacaqdır. İş fəaliyyətimə harada davam edəcəyimlə bağlı məlumat verəcəyəm\".
