Niyə ölkəmizdən xarici universitetlərə axın var?
Ölkəmizdə bir çox universitet fəaliyyət göstərsə də abituriyentlərin bir çoxu xaricdə təhsil almağa üstünlük verirlər. Təbii ki də bunun üstün cəhətləri də az deyil. Həmin şəxslər ölkəmiz üçün xarici təcrübəyə sahib mütəxəssislər ola bilərlər.
Burada əsas məqam dil biliyidir. Bir dili daha yaxşı mənimsəmək üçün həm öyrənib, həm də həmin dilin işləndiyi ölkədə yaşayıb, dili tətbiq etmək daha asandır. İkinci olaraq, xaricdə təhsil aldıqda hər ölkənin vətəndaşları ilə əlaqə olur, hər ölkədən dost tapmaq imkanı olur. Bu da insanın daha geniş dünyagörüşünə başlıca səbəbdir. Bundan əlavə, təhsil aldığın ölkənin mədəniyyəti ilə yaxından tanış olursan. Fərqli adətlər, fərqli insanlar kəşf edirsən.
Bu məqamda ölkə olaraq bizi narahat edən məsələ ərqli təhsil sistemini və oradakı iş imkanını bəyənən tələbələrin ölkəyə dönmək istəməmələridir. Həmin fürsətlərdən istifadə edib öz karyerasını genişləndirirlər. Bu tələbələrdən biri də magistiratura təhsilini xarici ölkədə almış və orada çalışan Sabir Əsədovdur. Sabir orada təhsil almağın üstünlüklərindən belə bəhs edir: "Orada təhsil keyfiyyətləri daha yüksəkdir, dərs sillabuslarımız Avropa, Amerika standartlarına uyğun hazırlanır". Xarici tələbələrlə eyni auditoriyada dərslərin keçirildiyini deyən Sabir bunun da dünyagörüşünə müsbət təsir göstərdiyini bildirir: "Avropanın dərs metodikası ilə Azərbaycanın dərs metodikası arasında fərq çox böyükdür. Burada dərslər Amerika iqtisadiyyatı üzrə keçirilir".
Çinarə Muradova
