Norberto Neto “Yuventus”a transfer edilib
“Yuventus” heyətini braziliyalı qapıçı Norberto Neto ilə gücləndirib.
37 yaşlı qapıçı ilə İtaliya klubu arasında 30 iyun 2027-ci ilə qədər müqavilə imzalanıb. Neto daha əvvəl 2015–2017-ci illərdə də “Yuventus”un formasını geyinib.
Təcrübəli qapıçı karyerası ərzində “Valensiya”, “Barselona”, “Arsenal” və “Fiorentina” kimi klublarda da çıxış edib.
Haber Global
Güllər Gülhüseynova