00:00:00
Yazar
Admin User
09.08.2023 15:25 416 2 dəq oxuma
Sosial

NORMADAN ARTIQ İSTİDƏ İŞ REJİMİ NECƏ TƏNZİMLƏNMƏLİDİR?

NORMADAN ARTIQ İSTİDƏ İŞ REJİMİ NECƏ TƏNZİMLƏNMƏLİDİR?

 

Milli Hidrometeorologiya Xidməti anomal istilərlə bağlı proqnoz verib. Həftəsonunadək temperatur yüksək qalmağa davam edəcək. 41 dərəcədən artıq istidə açıq havada fəaliyyət göstərən işçilərin sağlamlığı gündəmə gəlir. Adiyyatı qurumlar hərəkətə keçib, o cümlədən Dövlət Əmək Müfəttişliyi xidməti. Xidmət açıq havada işləyənlərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlərin vacibliyi barədə xəbərdarlıq edib. Bu şəraitdə onların həm məhsuldarlığı, həm də sağlamlıqları risk altına daxil olur. Proses Əmək Məcəlləsinin 233-cü maddəsi ilə tənzimlənir.

İşçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar arasında verilən qərar əsasında müəyyən olunmalıdır. Sosioloq Üzeyir Şəfiyevin szölərinə görə, məcəlləyə əsasən, bu fasilələr iş vaxtına daxil edilir və fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. Yəni iş dayandırıldıqda fasilə vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən fasil kimi qiymətləndilir, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. “Bu bütövlükdə işçinin əmək haqqına təsir göstərmir. Əgər iş tam dayanarsa, işçinin əmək haqqı 3/2 qismində ödənilməlidir. Birmənalı şəkildə bu, belədir. Şübhəsiz ki, bununla bağlı çox yaxşı olar ki, işçilər arasında maarifləndirmə aparılsın, onlar öz hüquqlarını bilsin. Onlar başa düşməlidir ki, hansı şəraitdə işləmələri qanuna uyğundur. Hansı temperaturda işləməməlidirlər. Bu, işçinin iradəsindən asılı olmadan, obyektiv səbəblərdən baş verir. Bu baxımdan çox yaxşı olar ki, bu, işəgötürənlə işçi arasında tənzimlənsin”.

Əmək hüquqlarının tənzimlənməsi çərçivəsində işəgötürən bu cür şəraitdə, xüsusilə açıq havada işləyənlər üçün əməyin təhlükəsizliyi və gigiyenası tələblərinə cavab verən iş şəraiti yaratmalıdır. Əmək Məcəlləsində qeyd olunduğu kimi şərait təmin olunmadığı təqdirdə işçilərə fasilələrin verilməsi mütləqdir. Bu zaman fasilələr iş vaxtına daxil hesab edilir. Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin fikrincə isə, havanın temperaturu müsbət 41 dərəcəni keçərsə, mütləq qaydada obyekti çalışdıran müəssisə rəhbərləri daxili əmrlə xüsusi rejim yaratmalıdırlar. “İşçilər istirahət üçün soyutma sistemi olan yerlərə keçməlidir, elə yerlərdə işin davam etdirməlidirlər. İstirahətləri təmin olunmalıdır. Bu gün ərzində davam edərsə belə, işçilərin bütün əmək haqlarından tutulmamalıdır”.

Ekspertlər deyir ki, əmək şəraiti günün isti vaxtında iş dayandırılaraq, yəni uzun fasilələr verilərək, iş günü hissələrə bölünməklə rejim tənzimlənə bilər. Soyuq və isti havada fasilələr və işin dayandırılması zamanı əməkhaqqının ödənişi sistemində hər hansısa bir dəyişiklik və azalma müşahidə edilərsə, bu zaman həmin işçi həmkarlar ittifaqlarına və ya məhkəməyə müraciət etmək hüququna sahibdir.

MƏDİNƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər