Norris Abu-Dabidə liderdir
Lando Norris Abu-Dabi Qran Prisinin cüməf məşqlərində birinci olub və çempionluq yolunda üstünlüyünü qoruyub. O, Maks Ferstappeni 0.363 saniyə qabaqlayıb. Üçüncü iddiaçı Oskar Piastri 11-ci yeri tutub.
Norris podiuma çıxarsa, çempion olacaq. Ferstappenin qalib olmaq və ya ikinci olub Norrisin geri qalmasını gözləməkdən başqa yolu yoxdur. Yarış simulyasiyalarında da Norris az fərqlə Ferstappendən öndə olub. Rassell üçüncü, Bearman isə dördüncü yeri tutub. Hamilton isə 14-cü olub.
BBCsport
Mələk Nəsirli
