00:00:00
Yazar
Elmira Ağayeva
19.06.2026 21:22 16 1 dəq oxuma
Siyasət

Norveç Arktika strategiyası çərçivəsində Qrenlandiyada konsulluq açacaq

Norveç Arktika strategiyası çərçivəsində Qrenlandiyada konsulluq açacaq

 

Norveç Qrenlandiyanın paytaxtı Nuuk şəhərində Baş Konsulluq açacaq. Norveçin baş naziri Yonas Qar Store bildirib ki, konsulluğa norveçli diplomat rəhbərlik edəcək. Onun sözlərinə görə, Arktika və “Yüksək Şimal” regionu Norveç üçün strateji baxımdan ən vacib prioritetlərdən biridir və bu bölgənin beynəlxalq siyasət və təhlükəsizlikdə rolu getdikcə artır.

 

Yeni konsulluğun açılması regionda siyasi əlaqələri və ortaq maraqlar üzrə əməkdaşlığı gücləndirəcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət əldə etmək niyyəti Vaşinqtonla Avropadakı NATO müttəfiqləri arasında gərginliyə səbəb olub. Daha əvvəl Fransa Qrenlandiyada konsulluq açıb, ABŞ isə mövcud konsulluğunu daha böyük binaya köçürüb.


Reuters
Mələk Hüseynova

#Norveç #Qrenlandiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər