00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
03.09.2026 22:17 55 2 dəq oxuma
Dünya

Norveç məhkəməsi Rusiya gəmisini Şpitsbergendə həbs edib

Norveç məhkəməsi Rusiya gəmisini Şpitsbergendə həbs edib

 

Norveç məhkəməsi Ukraynanın dövlət enerji şirkəti “Naftogaz”ın müraciəti əsasında Rusiyaya məxsus “Professor Molchanov” gəmisinin Şpitsbergen arxipelaqında həbsinə qərar verib.

Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında hüquqşünas Fərhad Mehtiyev bildirib ki, Almaniyada dron təhlükəsizliyi üzrə yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb:

 

"Almaniyada dron təhlükəsizliyi sahəsində yeni texnologiya mərkəzi fəaliyyətə başlayıb. Mərkəz pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrin qarşısının alınması və dronlara qarşı müasir müdafiə texnologiyalarının hazırlanmasına yönələcək".

 

Həmçinin hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Bu gün dünyanın qarşılaşdığı ən böyük təhlükələrdən biri birmənalı olaraq pilotsuz vasitələrin hücumları ilə bağlı təhdidlərdir:

 

“Bu təhlükələrin aradan qaldırılması üçün bir çox ölkələrdə, xüsusilə də Rusiya ilə münasibətləri gərgin olan dövlətlərdə dron təhlükəsinə qarşı mübarizə tədbirləri kifayət qədər intensivləşib. Hazırda bir çox NATO ölkələri, o cümlədən Almaniya özü də Rusiya ilə mümkün genişmiqyaslı müharibəyə hazırlaşır. İndiki vəziyyətdə, təbii ki, Ukrayna məsələsi həll olunmadığı müddətdə genişmiqyaslı hərbi əməliyyatlar Rusiyanın maraqlarına cavab verməz. Lakin Ukrayna münaqişəsinin müsbət həll olunması Rusiyanın iştahını artıra və Ukraynaya böyük yardım göstərən ölkələrdən birini cəzalandırmaq niyyətini ortaya çıxara bilər. Belə ölkələrdən biri də Almaniyadır. Odur ki, Almaniya hazırda antidron sistemlərinin hazırlanmasında kifayət qədər maraqlıdır. Belə antidron mərkəzlərinin yaradılması Almaniyanın mümkün təhdidlər qarşısında aciz qalmaması üçün, bəlkə də, ən doğru çıxış yollarından biridir. Dronların aşkarlanması, izlənilməsi və zərərsizləşdirilməsi istiqamətində bir çox ölkələr, xüsusilə Türkiyə, Böyük Britaniya və Ukrayna kifayət qədər uğurlu addımlar atıblar. Çinin də bu istiqamətdə müsbət nəticələri artıq mövcuddur. Lakin bu sistemlərin bir çoxu hələ də sınaq mərhələsindədir”.


Hərbi ekspertin sözlərinə görə,yeni antidron silahları arasında lazerdən istifadə imkanları da nəzərdə tutulur:

 

“Bəzi ölkələr akustik silahlar vasitəsilə dronların idarəetməsini pozmağa çalışırlar. “Spoofing” adlanan sistemlər də mövcuddur. Bu sistemlər dronların idarəetməsinə müdaxilə edərək onları yanlış istiqamətə yönləndirmək məqsədi daşıyır. Hər bir halda, Ukrayna təcrübəsi daha çox önə çıxır. Çünki Ukrayna öz əlində olan silahlardan eyni zamanda döyüş əməliyyatları teatrında istifadə edə bilir. Yaxın Şərq ölkələri də Ukraynanın bu sahədəki təcrübəsindən yararlanırlar. Odur ki, yaxın perspektivdə uğurlu antidron sistemləri ortaya çıxarsa və müxtəlif təyinatlı PUA-lara qarşı vahid, eşelonlaşdırılmış müdafiə sistemi yaradılarsa, o zaman dron təhlükəsi əvvəlki qədər aktual olmayacaq. Başqa sözlə desək, hazırda davam edən münaqişələrdə dronların tətbiqi strategiyasında da ciddi dəyişikliklər baş verəcək”.

Selcan Xudiyeva

#şpitsbergendə #norveç #gündəm #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər