00:00:00
Yazar
Güllər Gülhüseynova
09.06.2026 23:11 14 1 dəq oxuma
Dünya

Norveç Ukrayna üçün dronların alınmasına 120 milyon dollardan çox vəsait ayıracaq

Norveç Ukrayna üçün dronların alınmasına 120 milyon dollardan çox vəsait ayıracaq

Norveç Ukrayna üçün dəniz dronlarının hazırlanması və alınmasına 1,2 milyard kron (120 milyon dollardan çox) vəsait ayıracaq.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Norveç hökumətinin məlumatında bilirilib.

 

Qeyd olunub ki, Ukraynaya yardım üzrə 2030-cu ilə qədər nəzərdə tutulan "Nansen" proqramı çərçivəsində ayrılan vəsaitlər Norveç və Ukrayna sənayesi tərəfindən istehsal olunan pilotsuz gəmilərin alınmasına yönəldiləcək.

 

"Norveç dəniz sənayesi dünyanın ən yaxşılarından biridir. Mən şadam ki, bu imkanlar dəniz dronlarını kəşfiyyat, hücum əməliyyatları və Rusiya hücumlarından qorunmaq üçün tətbiq edən Ukraynaya dəstək məqsədilə istifadə edilə bilər", - məlumatda sözləri yer alan Norveç Baş naziri Yonas Qar Störe qeyd edib.

 

Bu gün Estoniyanın paytaxtı Tallində Ukrayna Prezidenti Volodimir Zelenski və Y.Störe arasında görüş baş tutub.

#120 #azərbaycan #gündəm #alınmasına #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər