Norveçli alpinist rekord təzələyib
Norveçli alpinist Kristin Harila "8 min metrdən yüksək dağa çıxan ən sürətli qadın" olmaq üçün siyahısındakı sonuncu Ço Oyu zirvəsinə qalxıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Harila bir il ərzində 8 min metrdən yuxarı 14 zirvəyə qalxaraq ispan alpinistinin 8 il 3 aylıq rekordunu təzələyib.
Harila aprelin 26-da Tibet bölgəsindəki 14-cü ən yüksək dağ olan Şişapanqmaya qalxdıqdan bir həftə sonra dünyanın altıncı ən hündür zirvəsi olan Himalaydakı Ço Oyu dağına qalxıb.
Nəzarət qrupu Harilanın mayın 3də yerli vaxtla saat 23:35-də zirvəyə çatdığını təsdiqləyib.
