00:00:00
Yazar
Səadət Əlizadə
17.11.2026 14:02 13 1 dəq oxuma
Sosial

Növbəti köç Xocavənd, Cəbrayıl və Zəngilana çatıb

Növbəti köç Xocavənd, Cəbrayıl və Zəngilana çatıb

İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç həyata keçirilib.

 

"İnformator.az"mxəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına ümumilikdə 83 ailə – 333 nəfər köçürülüb.

 

Bu mərhələdə Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb.

 

Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.

 

Qeyd edək ki, doğma yurdlarına qayıdanlar indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

#köç #zəngilana #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər