00:00:00
Yazar
Admin User
05.10.2023 14:19 274 2 dəq oxuma
Sosial

Nəqliyyat sahəsində cəzalar sərtləşdirilir?

Nəqliyyat sahəsində cəzalar sərtləşdirilir?

“Ölkəmizdə yol hərəkətlərinin təmin edilməsi ilə bağlı cərimələr, qanunlar fəaliyyət göstərir. Yaxın günlərdə isə cəzaların sərtləşməyinə dair tətbiqlər gözlənilmir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Nəqliyyat məsələləri üzr ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, piyadalarla bağlı cərimə sanksiyalarının artırılması gözlənilir.
“Son günlərdə demək olar ki, cərimələr artırılıb. Hazırda isə piyadalarla bağlı müzakirələr gedir. Yol qəzalarında sürücülərlə yanaşı piyadaların məsuliyyərszliyi də özünü göstərir. Piyadalar yolu nəzərdə tutulmayan yerdən keçirlər, işıqforun tələblərinə əməl etmirlər, piyada keçidlərindən istifadə etmirlər. Elə düşünürlər ki, maşınlar onlara hər yerdə dayanıb yol verməlidir. Qulaqlıqları taxıb yolun ortasında şou göstərirlər. Bu heç də yaxşı hal deyil. Yol təsərrüfatında da qüsurlar var, piyada keçidləri işıqlandırılmır. Nəqliyyat barəsində vəziyyətimiz heç də yaxşı deyil. Sürücülər haqlı olaraq irad bildirir ki, biz qanunu pozuruq cərimə tətbiq edilir, amma piyadalar hər cür qayda pozuntusuna yol verir. Bununla bağlı düşünürəm ki, ciddi tədbirlər görülməli, qaydalar sərtləşdirilməlidir”.

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə yol hərəkəti qaydalarının pozulmasının başlıca səbəbini insanların məsuliyyətsizliyində görür.

“Nəqliyyat sahəsində ötən illərdə aparılan araşdırmalara nəzər yetirsək, baş verən qəzaların 3 səbəbinin müəyyən edilməsinin şahidi oluruq.
-Yol hərəkəti qaydalarını bilərəkdən pozan yol hərəkəti iştirakçıları: sürücülər və piyadalar

-Yolların bərbad,qaranlıq vəziyyətlərdə olması

-Nasaz, əlverişsiz avtomobillər
Sərt cəza tədbirlərinə gələndə isə,yol hərəkəti qaydalarının pozulmasına dair cərimə cəzaları tətbiq edilir.
Cəzaları sərtləşdirməkdənsə, avtomobil təlim kursları, təlim məktəbləri ilə ciddi işləmək, sürücü mədəniyyət və bacarıqlarını inkişaf etdirmək lazımdır”.

Vüqar Alışov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər