00:00:00
Yazar
Admin User
23.10.2025 19:27 133 3 dəq oxuma
İdman

Nərimana son vaxtlar o qədər təzyiq var ki...

Nərimana son vaxtlar o qədər təzyiq var ki...

"Oyunçuların sona qədər mübarizə aparmağına ümumiyyətlə söz demək artıq olar. Onlar mübarizə aparıb, amma bu kifayət edibmi?... Bu cür oyunlarda qalib gəlməkdən ötrü göründüyü qədəri ilə oyunlarda bir tək sona qədər mübarizə aparmaq bəs eləmir. Çünki rəqib həqiqətən də bizi yüksək presinqlə, ümumiyyətlə "Qarabağ"a oynamağa imkan verməyib və biz bilirik ki, ümumiyyətlə "Qarabağ"ın ən böyük silahlarından biri onların topu özlərində saxlayaraq rəqib komandanın cınaqlarına yüklənmələridir. Amma bunun öhdəsindən gələ bilməyiblər. Çünki rəqib ümumiyyətlə top saxlamaq imkanı verməyib. Hər ikinci, üçüncü pasdan sonra biz topu itirməyə məruz qalırdıq. Əlxüsus da meydanın mərkəzində, ki, buna cavabdeh olan oyunçular Bikalio və Kadi idi. Yəni bu iki oyunçu demək olar ki, oyunu yönləndirməyə imkan tapa bilməyiblər. Bu azmış kimi, onların hücumları zamanı bizim yarımmüdafiə xəttimiz lazımi presinqi göstərə bilməyib".

 

Bu sözləri veteran futbolçu Aslan Kərimov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, komandada mübarizlik, sona qədər oynamaq təbii ki, var idi. Amma yenə də deyirəm, bir rəqib, əgər səni texniki baxımdan üstələyə bilirsə, nə qədər də sona qədər mübarizə aparsan belə, yenə də rəqib həmin o mübarizələrdən qalib çıxmış olur:


"Bundan sonrakı turlar haqqında nə demək mümkündür? Hədəflər baxımından düşünürəm ki, dəyişməyəcək. Elə əvvəldən hədəflər nə idisə, indi də o cür, hansı ki, bu Çempionlar Liqasının qrup mərhələsində layiqincə oyun nümayiş etdirmək idi. Yəni mənə elə gəlir ki, heç "Qarabağ"ın məşqçilər qrupu da, "Qarabağ" rəhbərliyi də, azarkeşlərimiz də komandanın bu qrupdan "pley-of" mərhələsinə düşə bilmək imkanlarının çox az olduğunu düşünüblər. Amma ilk iki turdan sonra bu real şəkildə görsənib. Normalda biz "Atletika Bilba"ya məğlub olmalıyıq. Çünki keyfiyyət olaraq biz onlardan geri qalırıq və buna baxmayaraq oyun heç-heçə bitə bilərdimi? Təbii ki, bitə bilərdi. Son dəqiqələrdəki qol imkanının olması və rəqib komandanın onun üçün boş qapıdan top çıxartması və s. imkanı var idi".


Müsahibimizin sözlərinə görə, bu baxımdan bir az bəxtimiz gətirməyib. Amma ümumilikdə hesab edirəm ki, bundan sonrakı oyunlar üçün də hələ ki, heç bir şey itirilməyib. Hələ evdə "Çelsi"ni qəbul edəcəyik. O da çox güclü bir rəqibdir və İngiltərə təmsilçisidir:

 

"Hələ "Fankurt"la da evdəki oyunumuz bizim üçün yaxşı bir sınaq olacaq və bu sınaqdan da, biz bir xalla da ayrılası olsaq, demək olar ki, "pley-of" mərhələsinin içində ola biləcəyik. Bu, bizim üçün əlçatandır və düşünürəm ki, bizim "Qarabağ"ın məşqçilər heyəti də bu istiqamətdə düşünürlər. Hə, bəlkə də, müsahibələrdə deyəcəklər. Yəni oyundan oyuna artırmaq istəyəcəyik, belə də olmalıdır. Amma bizim bu qrupdan çıxmaq kimi real şansımız var. Yəni "pley-off"lara düşmək şansımız var. Oyun üslubu olaraq məncə, indi bu dəqiqə oyun üslubunu dəyişməyin yeri deyil, mövqelər haqqında və ya oyunçuları dəyişdirmək kimi bir müzakirələr gedə bilər. Amma ümumi oyun stili haqqında qısa zaman çərçivəsində çətindir. Elə göründüyü qədər də onların ümumiyyətlə belə bir fikri yoxdur. Yəni bu üslubla əgər uğur qazanırlarsa, hər hansı bir oyunda məğlub olmaq, üslubun səhv olduğu demək deyil. Ona görə də, hələki bu üslubla davam edirlər".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər