00:00:00
Yazar
Admin User
09.02.2026 07:31 58 1 dəq oxuma
İdman

"Nərimanın “Qarabağ”dan gedişi hər iki tərəf üçün qazancdır"

"Nərimanın “Qarabağ”dan gedişi hər iki tərəf üçün qazancdır"

Artıq uzun müddətdir ki, hər kəsin marağına səbəb olan mövzuya Qarabağ azərkeşləri üçün dünən aydınlıq gətirilib. Belə ki, "Qarabağ"ın hücumçusu 22 yaşlı Nəriman Axundzadənin klubdan ayrılacağı qətiləşib. 

 

"İnformator.az" xəbər verir ki, 22 yaşlı hücumçu karyerasını ABŞ-də MLS təmsilçisi "Kolambus Kru" klubunda davam etdirəcək və tezliklə tərəflər arasında müqavilə imzalanacaq.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, Nəriman Axundzadənin "Qarabağ"dan getməsi həm futbolçunun özü, həm də "Qarabağ" üçün çox yaxşı addımdır:

 

"Aydın məsələdir ki, Nəriman Axundzadənin "Qarabağ"dakı son oyunları heç də uğurlu alınmır. Ona görə də, o, daimi şəkildə azərkeşlərin tənqid və təzyiqlərinə tuş gəlir. Düşünürəm ki, Nəriman "Qarabağ"dan gedərək hər hansı Avropa və ya Amerika komandasında legioner həyatı yaşayıb böyük təcrübə toplaya bilər".

 

Ekspert bu prosesin "Qarabağ" üçün müsbət tərəflərindən də bəhs edib:

 

"Qəbul edək ki, Nəriman Axundzadə "Qarabağ" üçün  o qədər də effektiv bir oyunçu ola bilmədi. Bu da klubun zərərinə olan bir haldır. Bu səbəbdən onu başqa bir futbolçu ilə əvəz etmək çox müsbət bir addım olar. Bundan əlavə, Nəriman Axundzadə üçün əldə edilən 2 milyona yaxın pul da az bir məbləğ deyil. Bu da "Qarabağ"ın transfer bacarığının olduğunu göstərir",-deyə o, fikirlərini yekunlaşdırıb. 

 

Mayıl Soltan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər