Nərimanovda borulu səki
Ağa Nemətulla 23 ünvanında səkinin tam ortasından boru keçir.
Sakinlər deyir ki, uzun illərdir qaz borusu bu formadadır. İşin ən çətin tərəfi isə günün qaranlıq vaxtlarındadır. Qaz borusunu görməyib yıxılanlar çox olur deyirlər. Problemdən "Azəriqaz" İB də xəbərdardır. "Azəriqaz" İB-in şöbə rəisi Eldəniz Vəliyevin sözlərinə görə, bugünə qədər orta təzyiqli qaz borusunun ərazidə o formada qalmasının səbəbi dəmirdən olmasıdır. Amma min metr uzunluğunda olan həmin qaz borusunun üzərində bir ildən artıqdır ki, iş gedir. “2022-ci ildə min metrlik məsafənin 600 metrini politielen xətlərlə əvəz edib, yerin altından keçməsinə nail olmuşuq. Ağa Nemətulla küçəsindən Heydər Əliyev prospektindəki yeraltı keçidə qədər hissə artıq yeraltı polietelen xətlərlə əvəz olunub. Yerdə qalan 400 metrində təbii ki, yeraltı polietelen xətlərlə əvəz olunması gündəmdədir. Və dediyimiz kimi, Ağa Nemətulla küçəsi nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdən olduğuna biz orda geniş miqyaslı iş apara bilmirik”.
Qurum rəsmisi söz verir ki, buna baxmayaraq qısa fasilələrlə həmin boru üzərində işlər davam edəcək. Qalan 400 metrlik qaz borusu 2024-cü ilə qədər yeraltı xətlərlə əvəz olunacaq.
Aidə
