Nuri Alço intihara cəhd edən gənci fikrindən daşındırdı
Türkiyə film aktyoru Nuri Alço Haliç körpüsündə intihara cəhd edən gənci körpüdən tullanmamağa razı salıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə zamanı avtomobili ilə Haliç körpüsündən keçərkən izdihamı və gəncin intiharını görən Nuri Alço maşından düşərək kömək etməyə cəhd edib.
Vətəndaşların “etmə” xahişlərinə məhəl qoymayan gənclə danışmağa başlayan Nuri Alço uzun səylər nəticəsində dəmir barmaqlıqların o biri tərəfindəki şəxsi razı salıb. Hadisə yerində olanların köməkliyi ilə xilas edilən gənc daha sonra Nuri Alçonu qucaqlayıb. Hadisə görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Sayad
