Odessa vilayətində liman infrastrukturu zədələnib
Ukraynanın cənubundakı Odessa vilayəti ərazisində gecə saatlarında baş verən partlayışlar nəticəsində liman infrastrukturu zədələnib. Bu barədə Ukraynanın Bərpası üzrə Baş nazir müavini və İcmalar və Ərazilərin İnkişafı naziri Aleksey Kuleba özünün Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Yujnı və Çernomorsk limanlarındakı obyektlər zərər görüb.
Vilayət hərbi administrasiyasının rəhbəri Oleq Kiper də Telegram vasitəsilə yaydığı açıqlamada liman obyektlərinə dəyən ziyanı təsdiqləyib. O bildirib ki, regionun sənaye infrastrukturu da zədələnib.
Odessa vilayətində hava həyəcanı siqnalları səslənib və gecə saatlarında, çərşənbə axşamına keçən vaxt şəhərdə partlayışlar qeydə alınıb.
TASS
Nuray Əliyeva
