00:00:00
Yazar
Admin User
23.08.2023 05:47 381 3 dəq oxuma
Sosial

Ödənişli parkinq - Azparkinq" mobil tətbiqini 56 min 486 nəfər yükləyib

Ödənişli parkinq - Azparkinq" mobil tətbiqini 56 min 486 nəfər yükləyib

İki həftədən çoxdur şəhərin mərkəzində və birinci zona adlandırılan ərazilərdə yeni parkinq sistemi fəaliyyətə başlayıb. İllərdir yolunu gözlədiyimiz sistemin necə fəaliyyət göstərdiyi təbii ki, hər kəsə maraqlıdır. Sürücülər yerlər düzgün seçilməyib deyirlər. Mütəxəssislərin fikrincə isə, qısa müddət keçsə də, sistem qismən də olsa gözlənilən effekti verib.



Tariflərin hələ müəyyən olunmadığı parklanma yerlərdən birində, İnşaatçılar metrostansiyasının giriş-çıxış nöqtəsində olduq. Bu ərazidə sistem işə düşmədiyindən ərazidə böyük bir nizamsızlıq höküm sürür. 4 zolaqlı yolun demək olar ki, iki zolağını sürücülər zəbt edib. Bu da ərazidən keçən digər hərəkət iştirakçılarına ciddi problemlər yaradır.

 

NİİM-in İctimaiyyətlə Əlaqələr Sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov məsələyə belə aydınlıq gətirib: “Nəqliyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameralarının görüntülərini biz tətbiq etdikdə görürük ki, daha çox metronun 28 may, İnşaatçılar, Qara Qarayev, Əhmədli, Koroğlu metrostansiyalarında insanlar avtomobillərini saxlayıb, harasa gedirlər. Yaxud sərnişin mindirib-düşürür, nəticədə də həmin istiqamətdə sıxlıq yaranır”.

 

Sıxlığa səbəb olan sürücülərin əksəriyyəti problemin həllini yeni istifadəyə verilən parklanma sistemində görürlər: “Ehtiyac olan yerlərdə tətbiq eləmədilər, apardılar başqa yerlərdə tətbiq elədilər. Bəziləri üç maşının yerini zəbt edir. Kamera da yoxdu rahatlıqla qoyub çıxıb gedib. Parkovşiklər də pulunu alıb gedir, biz saxlaya bilmirik”.

 

Müqayisə üçün eyni saatda parklanma sisteminin işə düşdüyü ərazidə də olduq. Qarşılaşdığımız vəziyyət sürücülərin haqlı olduğunu göstərirdi.

 

Tariflərin müəyyən olunduğu yerdə, yəni Xəqani küçəsində fəaliyyətə başlayan ödənişli parklanmanın mərkəzində də olduq. Ərazidə demək olar ki, bəzi yerlər boşdur, yəni burada indiki vəziyyət real olaraq onu göstərir ki, mərkəzi zonanın bəzi yerlərində təlabat bu parklanma yerlərinə o qədər də çox deyil.

 

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov deyir ki, burada həqiqətlər var: “Doğurdan da Bakı şəhərinin ehtiyac olan hər yerində nizam-intizamlı parklanmaların təşkil olunmasına ehtiyac var. Və bu imkan daxilində sürətlə edilməlidir. Yəni nişan olmalıdır, siqnallaşdırma, xəttlər hamısı qaydasında olmalıdır, texniki vasitələr nəzarətə götürülməlidir. Amma niyə belə oldu? Əslində mən belə başa düşdüm ki, start olaraq müəyyən bir lokal ərazidən başlanılıb. Buna bir pilot layihə kimi də baxmaq olar, buna bir eksperminet kimi də baxmaq olar ki, görək necə alınır”.

 

AYNA-nın mətbuat katibi Tural Orucov ödənişli parklanmanın tətbiqinə ilk olaraq tələbin ən yüksək olduğu yerlərdən başlanıldığını bildirib: “Bu da günün böyük hissəsində tıxac və sıxlığın müşahidə edildiyi mərkəz və birinci zonadır. Ödənişli parklanma Mərkəz və dörd zona üzrə mərhələli şəkildə aparılır və ictimaiyyətə bu barədə məlumat verilir”.

 

O ki qaldı fəaliyyətə başladığı gündən indiyədək ödənişli parklanma yerlərindən istifadə edənlərin sayına, Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, məlum sistemdən yararlanmaq üçün mobil tətbiqi telefonuna yükləyənlər 56 min 486, balansını artıranlar isə 2148 nəfərdir. Mövcud rəqəmlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə digər zonalar fəaliyyətə başlasa paytaxtın parklanma problemi nəzərə çarpacaq dərəcədə azalacaq.

 

Gündüz

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər