00:00:00
Yazar
Admin User
23.10.2023 16:47 315 2 dəq oxuma
Sosial

Ödənişli yol digər magistrallardan sürətli olacaq

Ödənişli yol digər magistrallardan sürətli olacaq

“Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda iki cür hərəkət zolağı var. Biri sürətli, digəri isə adi zolaqdır. Adi zolaqlarda sürücü məntəqəyə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır. Ödənişləri nəğd və ya bank kartları vasitəsilə, eləcə də onlayn formada həyata keçirmək mümkündür”.

 

Bu sözləri Arb xəbərə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA-nın) mətbuat katibi Anar Nəcəfli qeyd edib. Onun sözlərinə görə, adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır.

 

“Sürətli keçiddə isə öncədən əldə edilən xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir”.

 

Anar Nəcəfli deyir ki, ödənişli yolun digər magistral yollardan daha sürətli olması nəzərdə tutulub.

 

“Yüklü halda çəkisi normadan artıq olan yük avtomobilləri ödənişli yola buraxılmayacaq. Bunun üçün yolun giriş-çıxışına xüsusi tərəzilər quraşdırılıb. Hazırda yol üzərində 4 məntəqə fəaliyyət göstərir - Giləzi, Siyəzən, Gəndob və Xaçmaz məntəqələri. Giriş və çıxış məntəqələr sürətli və adi keçid, digər kiçik məntəqələr isə hibrid zolaqlardır. Hər ikisindən də istifadə etmək mümkündür”.

 

Müsahib eyni zamanda, sürət həddindən də məlumat verib.

 

“Sürət həddinə gəldikdə, hazırda ödənişli yoldan istifadə qaydaları müəyyənləşdirilir və bu, həmin qaydalarda əks etdiriləcək. Təbii ki, bu yolda sürət digər yollardan daha çox olacaq. Bakı-Rusiya Federasiyası istiqamətində tikilən yolun ödənişli hissəsinin uzunluğu 129 km, hərəkət zolaqlarının sayı 4, yola giriş-çıxış məntəqələrinin sayı 6-dır. Hər məntəqədə 2 giriş və 2 çıxış xətti mövcuddur. Yeni yol köhnəsindən 13 km daha qısadır ki, bu da sürücülərin mənzil başına daha tez çatmasına imkan verəcək”.

 

Rəqsanə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər