00:00:00
Yazar
Admin User
11.09.2023 15:00 256 1 dəq oxuma
Sosial

OĞLAN TƏLƏBƏLƏRƏ KİRAYƏ EVLƏR VERİLMİR

OĞLAN TƏLƏBƏLƏRƏ KİRAYƏ EVLƏR VERİLMİR

   Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Bu günlərdə rayonlardan gələn tələbələr kirayə ev tapa bilmirlər. Bu problemi xüsusən də oğlan tələbələr yaşayır. Bəs görəsən oğlan tələbələrə niyə kirayə ev verilmir?

   Murad Şabanov bu problemi yaşayanlardan biridir. 4 - cü kurs tələbəsi olan Murad 1 aydır axtarsa da, kirayə ev tapa bilmir. “Oğlan tələbələrə ev verilimir, səbəbini də soruşuruq, ya ev qiymətdəri çox baha olur, ya da tələbə qızlara verilir. 1 aydı axtarıram ev tapa bilmirəm”.

   Əmlakçılar kirayə evlərin oğlanlara verilməməsinin bir neçə səbəbi olduğunu dedilər. Deyirlər ki, bu problem uzun illərdir var. Ekspertlər problemin həli yolunu sahibkarların diqqətini tələbə yataqxanalarının tikintisinə yönəltməkdə görürlər. Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, Azərbaycanda sahibkarların diqqətini tələbə yataxanalarının salınmasına yönəltmək lazımdır. Bu baş vermədən hesab edirəm ki, problemin həli istiqamətində nəsə cidi bir irəliləyişə nail olmaq mümkün olmayacaq. Türkiyədə həyata keçirilən formalar Azərbaycanda da tətbiq edilməlidir”.

  Ekspertlərin fikrincə, sahibkarlara müəyyən vergi güzəştləri edilsə, problem daha tez həllini tapar.

SƏRXAN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər