00:00:00
Yazar
Admin User
01.11.2023 10:17 634 2 dəq oxuma
Sosial

"Oğlum haqsız yerə həbsdədir, 10 gündür aclıq aksiyası keçirir"

"Oğlum haqsız yerə həbsdədir, 10 gündür aclıq aksiyası keçirir"

7 saylı Cəzaçəkmə Müəssisəsində həbsdə olan Renat İsmayılovun aclıq aksiyası keçirməsi ilə bağlı İnformator.az saytına məlumat daxil olub. Məlumatı məhkumun valideyni Gülüm İsmayılova verib. O,  cinayəti görüb gizlətməkdə təqsirli bilinərək 15 il 6 ay həbs cəzası verilən Renat İsmayılovun heç bir günahının təsdiq olunmadığını iddia edir, məsələnin yenidən araşdırılmasını istəyir.

 

Gülüm İsmayılova deyir ki, 4 ildir həbsdə olan Renat İsmayılovun günahkar olması heç bir şahid tərəfindən təsdiq olunmayıb və öldürülən şəxsin ailəsi məhkəməyə bağışlanma ərizəsi təqdim edib. Amma Renat İsmayılov cinayəti görüb gizlətməkdə təqsirli bilinərək həbs edilib.:

 

"İttihamda deyilir ki, Renat, Emin, Anar və Ədalət, həmçibin Eminin digər dostları kafedə görüşüblər. Emin və Ədalət adlı şəxs arasında dava düşüb, Anarla Emin Ədaləti döyüblər, sonra barışıblar. Anar onları Buzovnada qonaqlığa dəvət edib. Yolda Emin maşının xarab olduğunu və qonaqlığı Anarın öz evlərində verəcəyini deyib. Anar Renatı ərzaq almağa göndərib. Renat geri dönərkən Ədaləti yerdə xırıldayarkən görüb və təcili yardım çağırmaq istəsə də, ona məhəl qoyan olmayıb, qapıları bağlayıblar. Səhər Ədaləti xəstəxananın qarşısına maşında qoyurlar və Ədalət ölmüş vəziyyətdə burda tapılır".

 

Gülüm İsmayılova bildirib ki, məsələ ilə bağlı öncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev, Appelyasiya Məhkəməsinin hakimi Rəşad Abdulov və Ali Məhkəmənin hakimi Əziz Seyidovun hökmü dəyişməz qalıb.

 

Gülüm İsmayılova əlavə edib ki, məhkəmədə şahid qismində Musaya sual verilib və Renatın burda günahının nə olduğu soruşulub: "Musa Renatın sadəcə Ədaləti ayıltmağa çalışmaqdan başqa heç nə etmədiyini bildirib. Renat dəfələrlə təcili yardım çağırılmasını istəyib, amma sözünə baxan olmayıb. Oğlum ədalətsizliyə görə oktyabrın 21-dən aclıq aksiyası keçirir. Bir neçə dəfə ərizə yazsa da, qəbul etməyiblər".

 

Sözü gedən məsələ ilə bağlı 7 saylı Cəzaçəkmə Müəssisəsi ilə əlaqə saxladıq. Müəssisədən bildirildi ki, Renat İsmayılovun aclıq aksiyası keçirdiyi iddiası əsassızdır. 

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər