00:00:00
Yazar
Admin User
19.09.2023 16:16 307 1 dəq oxuma
Sosial

OKTYABRDAN AVTOBUS SAYININ ARTIRILMASI GÖZLƏNİLİR

OKTYABRDAN AVTOBUS SAYININ ARTIRILMASI GÖZLƏNİLİR

   Son günlər yaşanan tıxac sürücü və sərnişinlər üçün problem yaradıb. Sərnişinlərin şikayəti avtobusların azlığı ilə bağlıdır. Belə ki avtobuslar gec gəlir, bu səbəbdən tıxac yaranır. Sərnişinlər istəyirlər ki, 28 May, Elmlər, N. Nərimanov, Koroğlu və s. xüsusilə bu ərazilərdə olan avtobus sayı artırılsın, çünki tıxac daha çox bu ərazilərdə müşahidə olunur. Bəs bunlar nəzərə alınaraq avtobus sayı artırılacaqmı?
   

     Nəqliyyat eksperti Eldəniz Cəfərov oktyabrdan avtobus sayının artırılacağını iddia edir. "Bu gün təəssuf ki, ictimai nəqliyyatda avtobusların sayı kifayət qədər deyil. Özəl daşıyıcılar dəfələrlə müvafiq dövlət qurumlarının xəbərdarlığına, tələblərinə baxmayaraq hələ də köhnə, müasir tələblərə cavab verməyən avtobuslar buraxırlar, həm də say çox azdır. Say artırılmalıdır. Sentyabr ayı ərzində elan edilib ki, yeni avtobuslar gətiriləcək. Ümid edirik ki, oktyabrdan say artırılacaq".

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər