00:00:00
Yazar
Admin User
21.08.2023 13:24 263 2 dəq oxuma
Sosial

Ölülər qəbirdə bütün günü yatır - Südabə Məmmədova

Ölülər qəbirdə bütün günü yatır - Südabə Məmmədova

Zəhra ana - qızların anası

Banu - böyük qız

Qismət- kiçik qız

 

Sabah olur, yeni bir gün başlayır, çarpayıdan hələ durmayan Qismət yorğun halda yatmaq isdəyir. Zəhra ana gəlib onu yerindən qaldırmağa çalışır, Qismət isə yorğanı üznə çəkərək yatmaq isdədiyini deyir:

 

- Gözəl, nazlı - duzlu qızım, oyan artıq, sabah oldu, bu qədər yatmaq olmaz!

 

Qismət: Anacan, onsuz da oyanacam, amma indi yalnız yatmaq istəyirəm.

 

Ananın israrı ilə qız yuxudan ayılıb otaqdan çıxır.

Ana süfrəni hazırlayırdı, bacısı da ona kömək edirdi. Qız əl-üzünü yuyub masaya əyləşir.

Zəhra ana böyük qızına baxaraq soruşur:

- İşlər necə gedir?

 

Banu: Hər zamankı kimi...

 

Zəhra ana kiçik qızına baxaraq soruşur:

- Dərslər necə gedir?

 

- Hər zamanki kimi.

 

- Hər zamanki kimi nə?

Hər ikisi (eyni anda ): Heç bir yenilik, heç bir canlanma yoxdur, çox sıxılırıq!!!

 

Zəhra ana : Necə yəni?

Banu: Hər gün işə, işdən evə, yaz-poz, götür-gətir işini edirəm. Of!

 

Qismət : Mən də hər gün məktəbə,  3 gündür müəllim də eyni dərsi təkrarlayır, çox sıxılıram, ənəffüsdə yatmaq istəyirəm. Of!  

 

Zəhra ana : Əziz balalarım! Həyata bu qədər niyə küsmüsünüz?! Siz gəncsiniz, əsl indi həyəcanlı, çoşğulu, yerinizdə durmayan vaxtınızdır. Eh, uşaqlar! Əvvəllər siz belə deyildiniz.

 

Banu (təəccüblə): Necə?

Qismət (təəccüblə): Necə?

 

Zəhra ana (təbəssümlə): Yadınızdadır, yayda gəzintiyə getdikdə ikiniz də səhər tezdən məndən qabaq durub hazırlaşardınız.

Qismət : Necə də gözəl günlər idi!

Banu: Gecə səhərə kimi güclə yatmışdım. Sabahın açılmasını səbirsizliklə gözləyirdim.

 

Zəhra ana : Hə, ilk gün kimi xatırlayırsınız.

Hər iki qızı: Necə unutmaq olar ki?!

Banu (üzgüncəsinə): O zaman başqa idik, indi isə tamam başqa...

Qismət : Eh, sən də! İndi sıxıcıdır, yatmaqdan başqa heç nə istəmirəm.

 

Zəhra ana : O zamanla indiki vaxtın bilirsiniz fərqi nədədir?

Bacılar (heyrətlə): Yox.

 

Zəhra ana : O zamanlar uşaq idiniz və hər şey sizin üçün yeni gəlirdi, səbirsizliklə tez görüb, bilib, əldə etmək istəyirdiniz. İndi isə yataqdan belə qalxmırsınız, bilirsiz niyə?


Hər iki qız: Niyə?

 

Zəhra ana : Çünkü hər şey sizə eyni gəlir və günün davamlı şəklidə eyni olacağını düşünüb sıxılırsınız. Hər şey öz əlinizdədir, unutmayın fərqi siz yarada bilərsiniz və gələcək üçün tamam başqa yerlərdə olmaq öz əlinizdədir. Ölülər bütün günü qəbirdə yatır!

 

Banu: Eynən!

Qismət : Artıq elə olmayacaq, hər sabahı yeni düşüncələr, yeni biliklər qazanmağı səbirsizliklə gözləyəcəm və vaxtla irəliləyərək yaşayacam.

Banu (bacısına baxaraq): İndi isə nə dururuq, gedək?!

 

Sonuncu çay qurtumlarını böyük bir həyəcanla içirdi, sanki uşaqlıq vaxtının həmin həyəcanı geri dönmüşdü.

 

Hər iki qız anasını öpüb, sağollaşaraq qapıdan böyük bir coşğu ilə həyatdan yeni bilgilər almağa, yeni fərqliliklər etməyə çıxdılar...

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər