00:00:00
Yazar
Admin User
30.01.2016 08:08 1679 2 dəq oxuma
Maraqlı

Ölümü gözləyən qadın məhkumlar

Fotoqraf Sadegh Souri İranın qadın həbsxanalarına girərək edam hücrələrini çəkib
Ölümü gözləyən qadın məhkumlar

Fotoqraf Sadegh Souri İranın qadın həbsxanalarına girərək edam hücrələrini çəkib.

İnformator.az xəbər verir ki, qadınlar həbsxanasında bəziləri edam növbəsini gözləyir, bəziləri uşağını böyüdür, bəziləri isə onsuz da çətin olan vəziyyətdə yaşamaq uğrunda mübarizə aparır.

\"\"

İranda 9 yaşından etibarən uşaqlar qanun qarşısında günahkar hesab edilə bilir və edamla cəzalandırıla bilər. Sadegh Sourinin fotoaparatından çıxanlar o gənc qadınların, hətta qız uşaqlarının yaşamaq uğrunda mübarizəsini əks etdirir.

\"\"

Həbsxanalar bir insanın yaşamağına imkan verməyəcək şəkildə kirlidir. Qadınlar uşaqlarını yedirtmək üçün, özləri yemək almaq üçün saatlarla növbədə durur. Bəzən günün sonunda yemək ala bilirlər. Hətta bir qismi 9 yaşındadır.

\"\"

Gənc məhkumlar arasında birini öldürən, narkotikdən istifadə edən, oğurluq edən də var. Onlardan biri 17 yaşlı Maşadır. Onun hekayəsi isə çox qəribədir. O aşiq olub evlənmək istəyəndə, atası buna qarşı çıxır. Bir gün atası ilə mübhisə edərkən mətbəx bıçağı ilə onu öldürür. Qardaşları isə onun ya edam edilməsini, ya da ataları kimi öldürülməsini tələb edir.

\"\"

İranda hamilə ya da yeni doğulan uşağı olan qadın məhkumlar uşaqları 2 yaşına çatana qədər onlara həbsxanada baxır. 14 yaşında evləndirilən və iki uşağı olan Zəhra da onlardan biridir. Zəhra indi 17 yaşındadır. Bir qadının mobil telefonunu oğurladığı üçün həbsdədir. Gənc qadın daha əvvəl 3 dəfə eyni cinayətə görə, həbsə girib.

\"\"

15 yaşlı Şaqayeq isə Tehrandakı mağazalardan birində silahlı soyğun törətməyə görə, həbs edilib. Amma işin ən qorxunc tərəfi gənc qızın 18 yaşına çatanda edam edilməsidir. Silahlı soyğunun qarşılığı edam cəzasıdır.

\"\"

13 yaşlı Xatereh polis tərəfindən yerdə huşunu itirmiş şəkildə tapılanda toplu təcavüzə məruz qalıb. Kiçik qız müalicə aldıqdan sonra Cinayətkar uşaqları müayinə mərkəzinə göndərilib. Təcavüzə məruz qalan qızın günahı məlum deyil.

\"\"

Qızların həbsxanadakı gündəlik həyatları səhər bir saat bağçaya çıxma icazəsi, saatlarla yemək növbəsi gözləməklə keçir. 

\"\"

Amma hər gün hücrələrə gələn bir din adamının onları istiqamətləndirməsi ilə Allaha onları bağışlamaları üçün dua edib, namaz qılırlar. Eyni zamanda din adamı onlara yaxşı bir qız olmağın yolunu da öyrədir. 

\"\"

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər