Olimpiya Oyunlarında yeni dövr: e-idman rəsmən tanına bilər
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2030-cu ildən etibarən elektron idman növlərini (e-idman) Olimpiya Oyunlarının proqramına salmağı müzakirə edir. Qərarın verilməsi halında kompüter oyunları üzrə beynəlxalq yarışlar rəsmi olimpiya idmanı statusu qazanacaq.
Mövzu ilə bağlı ekspert Ağa Dadaşzadə “İnformator.az”a olan açıqlamasında bunun önəmsiz olduğunu və buna qəti şəkildə qarşı çıxdığını bildirib:
“Yəni, mən bunu elə də ciddi qəbul etmirəm.Düzdü,həyat inkişaf edir,texnologiya inkişaf edir.Ancaq,bu qədər də yox.Onda belədirsə biz hər şeyi elektronikaya keçirdək.Heç olimpiyadaya getməyək.Yəni ona görə də,heç bir ehtiyac yoxdur belə şeyə.Bu da ayrıca bir növ kimi fəaliyyət göstərməlidir.Belə bir idman növünün olimpiyada da yeri yoxdur və olmamalıdı.Varsa da artıq biabırçılıq.Adamı hər şeydən bezdirirlər,usandırırlar,çəkindirirlər,iyrəndirirlər.Hər şeyin öz yeri var.Şahmat belə olimpiyada da yoxdur.Yəni bu şahmatdan üstün oyundur?Deyil axı.Ona görə də bu olmamalıdı,qəti şəkildə bunu bildirirəm.Ola bilər ki,bununda öz üstünlükləri,müsbət tərəfləri var,amma öz çevrəsində,öz istiqamətində”.
Həbibə Xankişiyeva
