00:00:00
Yazar
Admin User
12.07.2023 09:03 248 2 dəq oxuma
Sosial

Ölkədə su ehtiyatı kifayət qədərdir

Ölkədə su ehtiyatı kifayət qədərdir

Bir neçə gündür ölkə ərazisində hava olduqca isti keçir. Dünyanın əksər yerində belə hava su ehtiyyatlarının quruması ilə nəticələnir. Bu təcrübəyə görə, Azərbaycanın su ehtiyyatlarının da quruma təhlükəsinin olması ortaya çıxır. Mütəxəssislər isə su anbarlarında kifayət qədər suyun olduğunu bildirirlər.

 

Azərbaycanın su ehtiyatı Cənubi Qafqazın su ehtiyatının demək olar ki, 15 %-ni əhatə edir. Yerüstü su ehtiyatının da çaylar, göllər və su anbarlarından qaynaqlandığını düşünsək, havanın isti keçməsi su mənbələrinə ziyan vura bilər. Çay su ehtiyatlarının 67-70%-i qonşu ölkələrin ərazisindən, qalanı isə ölkənin daxili çaylarından formalaşır. Quraqlıq illərdə isə su ehtiyatı 22,6-27,0 km3-ə qədər azalır. Yəni Kür və Araz çaylarının su ehtiyatlarının qonşu ölkələrin ərazisində istifadəsi nəticəsində 20% qədər azaldılır. Mütəxəssislər bildirirlər ki, hazırda ölkə anbarlarında kifayət qədər su ehtiyatı var.  

 

Meliorasiya Elmi-Tədqiqat İnsititunun direktoru Mir Mövsüm Dadaşov deyir ki, may və iyun aylarında yağıntıların çox olması nəticəsində əkin sahələrində suya tələbat azalıb: “Ölkəmizin su anbarlarında ötən ilə nisbətən 346 milyon kubmetr artıq su yığılıb. Mingəçevir su anbarında 190 kubmetr olduğu halda ehtiyaca uyğun olaraq ötən aylarda 110 kubmetr saniyədə su təmin edilib”.

 

Mütəxəssislər vurğulayırlar ki, hazırda su qıtlığı müşahidə olunmasa da, gələcəkdə özünü göstərməyəcəyinə kimsə zəmanət verə bilməz. Son onilliklərdə ölkənin suyu digər illərə nisbətən azalıb. Beynəlxalq iqlim modellərinə əsasən, onların gələcəkdə bir qədər də azalma ehtimalı var. Səbəbi isə əhalinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsidir. Bu proseslər suya olan təlabatı artırır.

 

Ekoloq Rövşən Abbasov deyir ki, Azərbaycan çaylarının sularının yaxın 10-15 ildə 15 -20 faizə qədər azalacağı müşahidə olunur: “2070-ci ilə hətta su ehtiyyatlarının 20-25 faiz azalması baş verə bilər ki bu da çox böyük rəqəmdir. Eyni zamanda nəzərə alsaq ki Azərbaycan ərazisində gələn sular əsasən Kür və Araz vasitəsilə gəlir həm Türkiyədə həm Gürcüstanda Araz və Kür çayları üzərind keçirilən hidrotexniki tədbirlər getdikcə artır”.

 

Bütün bu amilləri nəzərə alaraq, mütəxəssislər vətəndaşlara və fermerlərə xəbərdarlıq edərək bildirirlər ki, mümkün şərtlər altında suya qənaət edilməldiir. Bu baxımdan suya qənaət edən suvarma metodlarına keçid edilsə su ehtiyatlarını qorumaq mümkün olar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər